Rusiya helikopteri Ukrayna sərhədini pozdu, niyə vurulmadı?

Rusiyaya məxsus Mİ-8 helikopteri Ukrayna sərhədini pozub.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi general-mayor Sergey Deyneko danışıb.
"Helikopter Ukrayna ərazisinə təxminən 50 metr məsafədə daxil oldu, bir dəqiqədən az müddətdə ərazimizdə idi", - Deyneko deyib.
O, helikopteri niyə vurmadıqlarını belə izah edib:
"İlk növbədə belə bir vasitənin məhv edilməsi üçün Ukraynanın bütün sərhəd dəstələrində portativ zenit-raket sisteminə ehtiyac var. Əlavə olaraq, iki dövlət arasındakı sərhəd təyin olunmadığı üçün səhv ehtimalı yüksəkdir".

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png