Deputat bu yanaşmaların doğru olmadığını bildirib.
“Bələdiyyələrlə bağlı iki məsələni həll etməliyik: bələdiyyələrin və bələdiyyə üzvlərinin sayını azaltmalıyıq. 1606 bələdiyyə var, 14 mindən artıq bələdiyyə üzvü seçilib. Üzvlər seçilən zaman bələdiyyə sədrləri də seçilməlidir. Bu, ortadakı dedi-qoduları xeyli dərəcədə aradan qaldıra bilər. İşğaldan azad olunan ərazilərdə "ağıllı kənd", "ağıllı şəhər" yaradılır. Çalışmalıyıq ki, orda "ağıllı bələdiyyə" də yaradaq”, - S.Novruzov bildirib.
O, həmçinin qeyd edib ki, biz bələdiyyə seçkilərini ümummilli seçki formatından çıxartmalıyıq, hər kənd özünün bələdiyyəsini seçməlidir.
