Qarabağ dinc həyata qayıdır - Zaxarova

“Dağlıq Qarabağ müştərək səylər nəticəsində dinc həyata qayıdır. Burada təkcə Azərbaycan və Ermənistanın yox, bütün ölkələrin də vahid mövqedən çalışmaları mühümdür”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Regionda yaşayan bütün xalqların nümayəndələri arasında dialoq qurulmasına, iqtisadi və nəqliyyat bağlantılarının açılmasına dəstək verməyimiz, tarixi və mədəniyyət abidələrinin mühafizəsini təmin etməyimiz vacibdir. Əvvəla dayanıqlı sülh bərqərar olunmalıdır ki, Qarabağa qayıdacaq insanlar bu təməl üzərində həyatlarını bütün istiqamətlərdə qursunlar”, - Rusiya rəsmisi qeyd edib. 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png