Ovannisyanın bu açıqlaması panika yaratdı

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan cəbhədəki vəziyyətlə bağlı dünənki açıqlamasından sonra yaşanan panikaya bu gün reaksiya verib.
Ovannisyan ciddi narahatlıq üçün əsas olmadığını, ancaq vəziyyətin heç də yaxşı olmadığını etiraf edib.
O bildirib ki, Azərbaycan Ordusunun Şuşa istiqamətində hücumunun qarşısını ala biliblər:
“Bu, vacib xəbərdir, ancaq bu, o demək deyil ki, vəziyyət yaxşıdır. Vəziyyət heç də yaxşı deyil”.
Ovannisyan dünənki brifinqdən sonra yenidən “həddindən artıq arzulanmaz emosiyaların” yaranmasına da toxunub və deyib ki, hər şey son dərəcə faciəvi və dəhşətli deyil.
Qeyd edək ki, ötən gün Ovannisyan Azərbaycan Ordusunun mərkəz istiqamətində bir neçə mövqeni ələ keçirdiyini və vəziyyətə nəzarəti əlinə aldığını demişdi. İlk dəfə Ermənistan MN nümayəndəsinin bu qədər açıq mətnlə etdiyi məğlubiyyət etirafından sonra Ermənistanda panika yaşanır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png