İranda 60 milyon insan peyvənd olunacaq

Son sutka ərzində İranda koronavirusa 7 min 298 nəfər yoluxub, 58 nəfər isə ölüb.
Bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari Tehranda keçirdiyi gündəlik mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da İranda yoluxanların ümumi sayı 1 milyon 503 min 753 nəfərə, yoluxaraq ölənlərin sayı isə 58 min 809-a çatıb.
Xüsusi xəstəxanalarda müalicə alan 3 min 729 xəstənin vəziyyəti ağır olaraq qalır. Bununla yanaşı 1 milyon 285 min 14 xəstə sağalaraq evə buraxılıb.
Rusiyadan alınan "Sputnik V" vaksinin 2-ci partiyası fevralın 18-də Tehrana gətiriləcək. Səhiyyə Nazirliyinin açıqlamasına əsasən əhalinin 70 faizi, başqa sözlə 60 milyon insan peyvənd olunacaq. Gələn ilin sonuna kimi peyvənd vurulmasını başa çatdırmaq üçün gün ərzində müxtəlif vilayətlərdə 200 min nəfər peyvənd olunacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png