ACI XƏBƏR GƏLDİ: türk hərbçisi ŞƏHİD OLDU

Türkiyə şəhid verib.
Silahlı Qüvvələrin İraqın şimalında yerləşən Qara bölgəsində həyata keçirdiyi “Pəncə Qartal-2” adlı anti-terror əməliyyatları zamanı kapitan Ertuğ Güler şəhid olub.
Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, o, fevralın 10-da terrorçularla atışma zamanı yaralanaraq xəstəxanaya yerləşdirilmişdi. Lakin kapitanın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, ötən gün eyni bölgədə baş verən döyüşlərdə Türkiyənin 2 hərbçisi şəhid olmuşdu.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png