Paşinyanın təklifinə Rusiyadan CAVAB GƏLDİ

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə müraciəti ilə əlaqədar açıqlama yayıb.
Açıqlamada deyilir: “Ermənistan respublikasının baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə Rusiyanın Ermənistana təhlükəsizliyini təmin etmək üçün göstərə biləcəyi yardım növünü və miqdarını müəyyənləşdirmək məqsədilə məsləhətləşmələrə başlamaq müraciəti ilə əlaqədar olaraq, Rusiyanın öhdəliyini bir daha təsdiqləyirik. Rusiya ilə Ermənistan arasındakı 29 avqust 1997-ci il tarixli Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsindən irəli gələnlər də daxil olmaqla, Ermənistanla əlaqəli müttəfiqlik öhdəliklərinə görə federasiya məsuliyyət daşıyır. Bu Müqavilənin bir sıra maddələri silahlı hücum təhlükəsi və ya bir-birinin ərazisinə qarşı təcavüz aktı halında konkret hərəkətləri nəzərdə tutur. Müqaviləyə uyğun olaraq, Rusiya qarşıdurmalar birbaşa Ermənistan ərazisinə köçürülərsə, İrəvana lazımi bütün köməkləri göstərəcəkdir.
Rusiya Federasiyası Azərbaycan Respublikası və Ermənistan Respublikası Xarici İşlər nazirlərinin bu il oktyabrın 10-da Moskvada əldə etdikləri razılaşmalara uyğun olaraq, təməl prinsiplər əsasında sülh yolu ilə nizamlanmasına nail olmaq üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinidərhal atəşkəsə, gərginliyin azaldılmasına və danışıqlara qayıtmağ çağırır”.
Qeyd edək ki, Vladimir Putin 7 oktyabrda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında “döyüş Ermənistan ərzisində getmir” cümləsi ilə rəsmi İrəvana yardım edilməyəcəyini təsdiq etmişdi.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png