İzmir zəlzələsi ilə bağlı SON XƏBƏR: nazirlərdən açıqlama gəldi

30 oktyabrda Türkiyənin İzmir şəhərində meydana gələn 6,6 bal gücündəki zəlzələnin fəsadları ilə bağlı son məlumatlar açıqlanıb.
Ətraf mühit və şəhərsalma naziri Murat Kurum zəlzələdən sonra 484 avterşok meydana gəldiyini bildirib.
Onun sözlərinə görə, dağıntılar olan ərazidə 5 minə yaxın axtarış-xilasetmə mütəxəssisi işləyir: “17 bina tamamilə dağılıb, 8 binada axtarışlar davam edir. Dağılma təhlükəsi olan binalar qalmaqdadır. Zəlzələ anından bəri 100-ə yaxın insan dağıntılar altından çıxarılıb. Evsizlər üçün 56 min nəfərlik mobil sığınacaqlar bölgəyə gətirilib. Vətəndaşlara əşya və kirayə yardımı ediləcək”.
Kəndə Təsərrüfatı və Meşə naziri Bəkir Pekdemirli və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq, Ədliyyə naziri Əbdülhəmid Gül də aidiyyəti üzrə bölgədə işlərin aparıldığını bildirib.
Qeyd edək ki, zəlzələ nəticəsində 24 nəfər həlak olub, 804 nəfər yaralanıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png