Sosial şəbəkələrlə bağlı yeni qanun qüvvəyə mindi

Rusiyada sosial mediaya yeni məhdudiyyətlər qoyulub.
Sosial mediadakı vulqar sözlərdən istifadə edilmiş paylaşımların 24 saat ərzində silinməsi məcburi olub.
Kremldən verilən açıqlamada Elm, Elmi Texnologiya və İnformasiya Mühafizəsi Qanununa edilən müxtəlif dəyişikliklərin qüvvəyə mindiyi qeyd edilib. Bunlar arasında sosial şəbəkələrin qanunsuz paylaşımları müstəqil şəkildə müəyyənləşdirməsi və silməsi də yer alıb. Dəyişiklik terror və radikallıq məzmunu daşıyan paylaşımları da əhatə edir. Əlavə olaraq, sosial mediada qanunsuz mitinqlərə çağırış, dövlətə və simvollara həqarət etmək də qadağandır.
Qanunun qüvvəyə minməsi üçün Rusiyada gündəlik trafiki 500 mindən çox olan, istifadəçilərin şəxsi səhifələr yaratdığı və mesaj alış-verişi etdiyi saytlar müşahidə ediləcək.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png