İcazəsiz “korona gəzintisi”nə çıxanlar HƏBS EDİLDİLƏR

Yanvarın 31-də Vyana şəhərində hökumətin tətbiq etdiyi sərt karantin rejiminə etiraz olaraq “korona gəzintisi” təşkil edilib.
Koronavirus pandemiyası ilə əlaqədar sərt karantin rejimi dövründə həftəsonu nümayişlərin qadağan edilməsinə baxmayaraq, minlərlə etirazçı şəhərin mərkəzi küçələrində nəqliyyatın hərəkətini iflic edib, şəhərin mərkəzindən keçən dairəvi yolu blokadaya alaraq bağlayıblar.
Polisin məlumatına görə, etiraz yürüşünə azı beş min insan qatılıb. Maska və ara məsafəsinə riayət etməyən və polisin çağırışlarına baxmayaraq kütləvi şəkildə hərəkət edən kütləni dayandırmaq üçün çevik polis qüvvələrinin müdaxiləsinə ehtiyac yaranıb. Nəticədə xüsusi radikallığı ilə seçilən və polisə tabelik göstərməyən etirazçılar saxlanılıb.
Etirazçıların əsas tələbi ölkədə fevralın 8-dək qüvvədə olan sərt karantin rejiminin müddətinin uzadılmaması, ictimai-iaşə obyektləri, məktəblər və ticarət mərkəzlərinin fəaliyyətinin bərpa olunmasıdır. Fevralın 1-də hökumət karantin rejimi ilə bağlı növbəti addımları elan edəcəyinə görə, bazar günü təşkil edilən etiraz yürüşünün məqsədi hökumətə təzyiq göstərmək və qarşıdakı daha radikal etiraz aksiyalarının anonsunu vermək olub.
Etiraz yürüşünün təşkilatçıları arasında neonasist və radikal qrupların olması əraziyə çox sayda polis qüvvələrinin cəlb olunmasını tələb edib. Bir neçə qruplaşmadan ibarət olan etirazçılar arasında aqressivlik nümayiş etdirən şəxslər olsa da, polis onları müəyyənləşdirərək saxlayıb. Digər Avropa şəhərlərindən fərqli olaraq, etiraz yürüşü axşama doğru ciddi insident və dağıntılar olmadan başa çatıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png