DƏMƏŞQDƏ YAŞAYAN OSMANLI ŞAHZADƏSİ VƏFAT ETDİ

Osmanlı Xanədanın varisi Şahzadə Dündar Əbdülkərim Osmanoğlu vəfat edib.
Şahzadə Suriyanın paytaxtı Dəməşq şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.
Bildirilir ki, Suriyada vətəndaş müharibəsinin başlamasından sonra onun Dəməşqdən çıxarılaraq Türkiyəyə gətirilməsinə cəhdlər olsa da, bu baş verməyib.
Qeyd edək ki, Dündar Osmanoğlu 30 dekabr 1930-cu ildə Dəməşqdə doğulub. O, Sultan İkinci Əbdülhəmidin oğlu Şazadə Mehmet Selim Efendinin oğlu Şahzadə Mehmet Abdülkerim Efendinin oğlu idi.

Dündar Osmanoğlu Osman Bayezid Osmanoğlunun 2017-ci ildə vəfat etməsindən sonr osmanlı Xanədanının varisi elan edilmişdi.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png