"Samsung"da ŞOK HƏBS

“Samsung Electronics” şirkətinin İdarə Heyətinin sədri Li Yae-Yonq həbs olunub.
Rüşvət verməkdə ittiham edilən sədr haqqında 2,5 il həbs qətimkan tədbiri seçilib.
Seul Ali Məhkəməsi daha əvvəl sabiq prezident Park Qun-Hinin impiçmentinə yol açan rüşvət qalmaqalı çərçivəsində bu qərarın qəbul edildiyini açıqlayıb. Bildirilib ki, Li prezident və onun məsləhətçisinə rüşvət verib.

Qeyd edək ki, şirkət rəsmisi daha əvvəl də eyni hadisə çərçivəsində həbsə məhkum edilmişdi. O, prezidentin köməkçisinin idarə etdiyi qeyri-hökumət təşkilatları vasitəsilə hökumət üzvlərinə yardım adı altında rüşvət verməkdə günahlandırılırdı.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png