Manukyandan ŞOK ETİRAFLAR

Texnoloji olaraq Azərbaycanla müharibəyə hazır deyildik.
Bunu müxalifətin baş nazirliyə namizədi Vazgen Manukyan RBC telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Qarabağda müharibə başlayanda Ermənistanın pilotsuz təyyarələrə qarşı heç bir müdafiəsi olmadığı ortaya çıxdı: “2016-cı ildən sonra müharibələrin pilotsuz təyyarələrin müharibəsi olduğu bəlli oldu. Rusiyadan bir neçə yüz milyon dollarlıq silah almalı idik, siyahıda dronlara qarşı avadanlıq da var idi. Amma bütün bunlar məhdudlaşdırıldı və Paşinyan dövründə bunun nəticəsini gördük”.
Manukyan bildirib ki, Azərbaycan erməni tərəfindən silah üstünlüyü ilə seçilib: “Bu müharibədə Azərbaycan bir neçə dəfə çox silaha sahib idi, həmçinin texnoloji cəhətdən müharibəyə daha çox uyğunlaşdırılmışdı”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png