İzləyicilərini xüsusi səmimiyyətlə salamlayan Prezident gün ərzində görəcəyi işləri açıqlayıb.
“Günaydın, sevgili qardaşım,
Bu gün işimizə Ədalət və İnkişaf Partiyasının Mərkəzində davam edəcəyik. Günortadan sonra saat 14:00-da Mərkəzi Qərar və İdarə Heyəti, 17:00-da Peşə İxtisas İnstitutundakı toplantılarda ölkəmizin gündəmindəki məsələləri müzakirə edəcəyik.
Ölkəmiz üçün dayanmadan işləməyə davam edəcəyik. Yeni günün hamımız üçün xeyirli və rahat keçməsini diləyir, sizi sevgi və hörmətlə salamlayıram”, - Ərdoğan paylaşımında bildirib.