Yıldız Tilbeni məhkəməyə verdilər - SON QƏRAR

Məşhur türk müğənni Yıldız Tilbe keçmiş “Avrupa Müzik” prodüserlik şirkətinin sahibi Deniz Erdem tərəfindən məhkəməyə verilib.
“Yıldızdan Türküler” adlı albomundan kifayət qədər satış gəliri əldə edə bilməyən müğənni şirkətdən məhkəmə yolu ilə 20 min TL-lik kompensasiya tələb etmişdi.
Lakin məhkəmə müğənninin əleyhinə qərar çıxarmışdı. Y.Tilbe də şirkətin rəhbərinin ünvanına “hər şeyi edib heç nə etməmiş kimi davranırlar” sözlərini demişdi.
Dəniz Ərdəm də bu sözlərdən sonra prokurorluğa şikayət edərək Tilbenin ona şər atdığını və etibarını zədələdiyini bildirib. Prokurorluq isə müğənninin sitəminin cinayət əməli olmadığını bəyan edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png