Xalq artisti ilk dəfə Şuşada

Xalq artisti Tünzalə Ağayeva Şuşa şəhərinə gedib.
Bir neçə həmkarı ilə birgə orada konsert proqramı ilə çıxış edən sənətçi kadrları instaqramda paylaşıb və təəssüratlarını dilə gətirib:
“Arzuladığımız Cıdır düzü, igidlərimizin qalxdığı qayalar... Allah şəhidlərimizə rəhmət eləsin! Cıdır düzü, səni görmək möhtəşəm və unudulmaz bir hissdir. Qovuşdurana sonsuz şükürlər olsun. Dünyanın ən ali səhnəsindəyəm. Əsgərin əlindən mənə verilən gül müqayisəsizdir. Qarabağ Azərbaycandır!
Nəhayət Gövhər Ağa məscidində oldum. Vətənim, şəhidlərimiz üçün dua oxudum. İnsana fantastik, möhtəşəm hiss yaşadır. Sözlə ifadə olunmur. Sevincdən doya bilmirik. Bəli, mən mədəniyyət, musiqi beşiyi olan Şuşadayam. Burada igid oğullarımızı görürük”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png