Biran "Yasak elma"ya görə tanınmış meneceri məhkəməyə verdi

"Yasak elma" serialının aktrisası Biran Damla Yılmaz "Erberk Ajans" adlı aktyorluq agentliyinin meneceri Neşe Erberki məhkəməyə verib.
Buna səbəb menecerin serialdan ona ödənilməli olan pulun verilmədiyini iddia etməsi olub. Biran isə agentliyə ödənilməli komissiya haqqının olmadığını bildirib.
"Sabah"ın məlumatına görə, Neşe aktrisanın "Yasak elma"dan aldığı puldan 57 min lirə komissiya haqqını ala bilmədiyini bildirib və icra prosesini başladıb. Lakin Biranın etirazı ilə icra prosesi dayandırılıb. 
2019-cu ilin noyabrında ona qarşı açılan iddiadan sonra Biran İstanbul Asliye Məhkəməsinə müraciət edərək agentliyin kifayət qədər peşəkar olmadığını və onlara borcunun qalmadığını qeyd edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png