Bella Hadid 14 yaşında estetik etdirdiyini açıqladı

Məşhur model Bella Hadidin “Vogue” jurnalının aprel buraxılışında maraqlı müsahibəsi dərc olunub.
O, açıqlamasında plastik əməliyyat etdirdiyini efiraf edib. Bellanın sözlərinə görə ilk dəfə 14 yaşında olarkən estetik etdirib və buna peşman olub.
"Əcdadlarım kimi burnumun təbii formasını saxlamalıydım. İnsanlar bəzi yeniyetməlik fotolarıma baxaraq üzümü tamamilə dəyişdiyimi düşünürlər. Amma heç kim indi 13 yaşındakı kimi görünmür, elə deyilmi? Mənim dolğularım yoxdur. Gəlin bu mövzunu bağlayaq. Bununla bağlı problemim yoxdur. Gözlərin formasını dəyişdiyimi deyirlər, amma bunlar sadəcə üz lentləridir".
Bella bir müddət əvvəl düşdüyü depresiyadan da danışıb:
"İnsanlar mənə heç nəyə layiq olmadığımı hiss etdirirdilər. Onların hər zaman deyəcək sözləri var. Amma deməliyəm ki, istər işimdə, istərsə də ətrafımdakılar məni həmişə səhv başa düşüblər. İlk reaksiyam insanları razı salmaq olub. Əgər harasa getsəm və kimsə məndən razı deyilsə, sözün əsl mənasında özümü pis hiss edirdim. Ona görə də həmişə əlimdən gələni edirəm. Amma problem evə qayıdanda özüm üçün heç nə edə bilməməyim olub. 
Müalicə aldım, bu,"özünə verdiyi ən böyük hədiyyə oldu. Düşdüyüm depressiyaya görə, bir çox moda nümayişlərində iştirak etməmək məcburiyyətində qaldım".

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png