Onlar Rusiyanın “Avroviziya”dan çıxarılmasını istəyir

Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə (AYB) məktub göndərib.
Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin saytında dərc olunan məktubda Rusiya KİV-in, xüsusilə də “Birinci kanal”ın və Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin (VQTRK) Avropa Yayım Birliyindəki üzvlüyünə xitam verilməsi barədə tələb yer alır.
Ukrayna həmçinin birlikdən Rusiyanın “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsində iştirakına qadağan qoymasını xahiş edir. Çünki Rusiya müsabiqə nizamnaməsinin müəyyən bəndlərini, AYB-nin dəyərlərini pozur və onun iştirakı müsabiqə ideyasına xələl gətirir.
Məktubun tam mətni ilə buradan tanış ola bilərsiniz.
Bununla yanaşı, İsveç də AYB-ni sözügedən yarışda Rusiyanın iştirakı məsələsinə yenidən baxmağa çağırıb. Bu barədə İsveç Milli İctimai Yayım Şirkətinin baş direktoru Hanna Stiarne birliyə müraciət ünvanlayıb.
Qeyd edək ki, “Avroviziya-2022” bu il İtaliyanın Turin şəhərində keçiriləcək. Ukraynanı müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın təmsilçisi isə hələlik açıqlanmayıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png