Atası Britni Spirsdən yenə pul istəyir

Müğənni Britni Spirsin atası Ceymi Spirs qəyyum vəzifəsindən uzaqlaşdırılmasından 1 ay belə keçməmiş qızına qarşı növbəti vəsatət qaldırıb.
Ceymi ifaçıdan vəkillərinin xərclərini ödəməyə davam etməsini tələb edib. Onun fikrincə, bu, Britninin özünün də maraqlarına uyğundur.
İfaçının vəkili Metyu Rozenqart Ceyminin hərəkətinə münasibət bildirərək onun tələbini “biabırçı” adlandırıb:
"Cənab Ceymi Britnidən qəyyum kimi milyonlarla dollar alıb, vəkillərinə daha milyonlarla pul ödəyib. Və bütün bunlar Britninin əməyi və zəhmətlə qazandığı pul sayəsindədir. Qəyyumluğa xitam verilib və o, rüsvayçılıqla vəzifəsindən uzaqlaşdırılıb. Yaranmış şəraitdə onun tələbi hüquqi cəhətdən əsassız olmaqla yanaşı, sadəcə olaraq iyrəncdir. Bu, qızını sevən atanın edəcəyi hərəkət deyil".

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png