Aleyna Tilki həbs olundu

Ötən il Milana uçuşu zamanı İstanbul hava limanında dava salan müğənni Aleyna Tilki həbs olunub.
Məhkəmə qadın mühafizəçini "Səni tapıb məhv edəcəyəm. Axmaq, sənə görə təyyarəyə gecikirəm" deyə, təhqir edən ifaçı ilə bağlı qərar qəbul edib. Qərara əsasən, Aleyna Tilki 5 ay müddətinə həbs olunub. Bundan başqa, o, 7 min 80 lirə təzminat ödəməli olacaq.
Qeyd edək ki, hadisə ötən ilin yanvarında yaşanıb. Aleynanın işçiləri təhqir etməsi nəticəsində Neslihan Ö. adlı mühafizəçi ondan şikayətçi olub. Nəticədə Aleyna vəzifəsini yerini yetirən dövlət məmurunu təhqir etmək və hədələmək maddələri ilə ittiham olunub. İfaçının 4 il müddətinə qədər həbs edilməsi istənilib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png