Aktrisanın instaqram hesabı hər saatdan bir yarım milyon artır. Serialda aktrisalıq qabiliyyəti ilə könülləri fəth edən Ho Yeon Jung Koreyanın ən çox izlənilən ulduzu olub.
HoYeon Jung 23 iyun 1994-cü ildə Koreyada anadan olub. Gözəlliyi ilə diqqət çəkən Jung eyni zamanda məşhur modeldir. 16 yaşında modelliyə başlayan Jung o vaxtdan etibarən dünyanın bir çox moda evlərinin dəfilələrində iştirak edib.