"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb"

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib.
Aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb.
Yazıcı “Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımızı sıxdığınız kimi sizin də canınız sıxılar. Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb. İnandığınız hər şey başınıza yıxılar" deyə, cavab verib.
Qeyd edək ki, Hamza Yazıcı sezon finalına ayrılan "Camdaki Kız" seriyalında Tako obrazını canlandırır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png