Beren Saat müğənniliyə başlayır

Türkiyəli aktrisa Beren Saat albom çıxartmağa hazırlaşır.
Bəstəsi və aranjemanı aktrisanın həyat yoldaşı Kənan Doğuluya məxsus albomun nə vaxt çıxacağı bəlli deyil. Sərgidən birlikdə çıxarkən görüntülənən cütlük bu barədə açıqlama verib.
“Kənan mahnılara inanılmaz aranjemanlar edib. Xəyallarımdan kənarda bir iş olacaq, çox həyəcanlıyam”, - Beren Saat bildirib.
Kənan Doğulu isə jurnalistlərin “Beren xanım müğənniliyə başladı, bəs siz aktyor olmağı düşünürsünüz?” sualına belə cavab verib: “Bu saatdan sonra çətin. Bir zamanlar “Hiç bana sordunmu?” adlı serialda çəkilmişdim. Uğursuzluqla nəticələndi, ondan sonra belə bir niyyətim olmadı”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png