Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, ölkə vətəndaşları Gürcüstana daxil olarkən “PCR” testin mənfi nəticəsini təqdim etməlidirlər. Onlar 8 günlük məcburi özünütəcrid rejimi əvəzinə üç gündən sonra öz hesablarına təkrar testdən keçməli olacaqlar. Əgər vətəndaşın yanında “PCR” testin mənfi nəticəsi olmasa, səkkiz gün müddətinə təcrid olunacaq.
Mövcud qaydalara görə, Gürcüstan vətəndaşı ölkəyə girdikdən sonra mənfi bir “PCR” testi təqdim etməli və 8 günlük təcriddən keçməlidir. Sənəd olmadıqda, 12 günlük təcrid təmin edilir.
Qeyd edək ki, 1 fevraldan etibarən Gürcüstan bütün istiqamətlərə uçuşları bərpa edir.
