Bundan sonra dünyanın ən yüksək zirvəsinə dırmanmaq arzusunda olanlar daha çox rüsum ödəməli və daha çox sənəd təqdim etməlidir.
Qeyd olunur ki, alpinistlər 8 848 metrlik zirvəni fəth etmək üçün bundan əvvəl 6 500 metr hündürlükdə zirvəyə çıxdıqlarını təsdiq edən sənəd təqdim etməlidir. Bundan başqa, Everestə çıxmaq üçün rüsum 11 min dollardan 35 min dollaradək qaldırılıb.