Bu ölkədə koronavirusa yoluxma kəskin artdı

Böyük Britaniyada yeni növ koronavirusa yoluxma sayında sıçrayışla artım qeydə alınıb.
Həftə ərzində 4,3 milyon yoluxma qeydə alınıb. Halbuki, ilin ilk həftəsində yoluxma göstəricisi daha aşağı olub.
Ölkədə hər 16 nəfərdən birinin koronavirus yoluxduğu bildirilir. Sürətli yayılma Omikron ştamı ilə izah edilir. Bununla belə, ağırlaşma göstəricisi çox aşağıdır.
Ekspertlər məhdudiyyətlərin çox tez aradan qaldırılmasının da yoluxmaya təsir etdiyi qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatı da Britaniyanı məhdudiyyət tədbirlərini kəskin şəkildə ləğv etdiyi üçün tənqid edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png