Diqqəti cəmləməyə kömək edən qidalar

1. Yağlı balıq
Omeqa-3 yağ turşuları beyin fəaliyyəti üçün önəmlidir. Bu yağ turşuları beyin fəaliyyətini artırmaqla yanaşı depressiyadan uzaqlaşmağa, əhval-ruhiyyəni qaldıqmağa və diqqəti fokuslamağa yardımçı olur.
2. Meyvələr
Çiyələk, qaragilə, böyürtkən, tut kimi meyvələr iltihabla virus əleyhinə olmaqla yanaşı Altsheymer və Parkinson xəstəliklərinin qarşısını alır.
3. Qoz-fındıq:
Bu çərəzlər zülal, lif, vitaminlər, antioksidantlar, maddələr mübadiləsinə və ürək sağlamlığına töhfə verən digər fitokimyəvi maddələrlə zəngindir. Ümumiyyətlə, bütün növ çərəzlər özündə xərçəng riskini və xroniki iltihabı azaldan yağ turşularını ehtiva edir. Aparılan araşdırmalarla sübut olunub ki, gündə orta hesabla 10 qram çərəz istehlakı daha sürətli düşünmə, informasiya istehlakı, sürətli cavab tapmaq imkanı təmin etməklə yaddaşı qoruyur.
4. Zəncəfil
Tərkibindəki kurkumin komponenti üzərində aparılan araşdırmalar göstərmişdir ki, bu bitki immuniteti yaxşılaşdırmaq, depressiyadan qorumaq, həzmə kömək etmək, ürək sağlamlığını mühafizə etmək kimi faydaları ilə yanaşı fiziki sağlamlığı da gücləndirir. İltihab, xərçəng, dəri problemləri kimi bir çox xəstəliyi müalicə edən zəncəfil eyni zamanda beynin funksiyalarını qoruyur. Bu da yaddaşı yaxşılaşdırır və beyin hüceyrələrinin artırır.
6. Qəhvə
Kofein beynə bir neçə yolla təsir edir. Bura informasiyanı qəbul edib yadda saxlamaq, vizual diqqəti artırmaq daxildir. Qədərində istifadə etdikdə əhval-ruhiyyəni artıraraq depressiya riskini də azaldır.
7. Tünd şokolad
Tərkibi 70% - 100% saf kakaodan ibarət olan tünd şokolad bədəndə qan axınını və ürək-damar sağlamlığını yaxşılaşdırır. Bununla yanaşı zehni iti saxlayaraq diqqətsizliyi aradan qaldırır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png