Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
“Son dövrlər qəbul edilən qərarlar, aparılan təbliğat-təşviqat işlərinin nəticəsidir ki, gündəlik peyvənd olunmaq üçün müraciət edənlərin sayı kifayət qədərdir. İlk günlərdə müraciət edənlərin sayı xeyli az idi. Hazırda bu rəqəm 60 minin ətrafında dəyişir. Bu da tam arzuolunan deyil. Dövlətin imkanı var ki, hər gün 100 min civarında vətəndaşın vaksinasiyasını həyata keçirsin. Aparılan kompleks tədbirlər nəticəsində vaksinə olan inanclar artıb. Vətəndaşlar daha kütləvi şəkildə müraciət edirlər. Lakin yenə də passiv qruplar var. Bizim də hədəfimiz onlardır. İstəyirik həmin şəxslərə vaksinin effektivliyinə və təhlükəsizliyinə dair məlumatları çatdıraq ki, onlar da vaxtında düzgün qərar qəbul etsinlər”, - deyə T.Eyvazov qeyd edib.