Ruslar ermənilərin minlərlə hərbi sursatını aşkarladı

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 23 noyabr 2020-ci il tarixindən etibarən aparılan əməliyyatlar zamanı sülhməramlı qüvvələrin mühəndis bölmələri 427 hektar ərazi, 160,8 km yol, 22 sosial əhəmiyyətli obyekt və 617 yaşayış binasını partlayıcı obyektlərdən təmizləyib.
Bu çərçivədə 19,6 mindən çox partlamamış hərbi sursat aşkarlanıb.
Xankəndi şəhəri və kənar ərazilərinin minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar iş apararkən hərbçilərin təhlükəsizliyini təmin etməyə və istənilən hava şəraitində ərazini yüksək səviyyədə təmizləməyə imkan verən müasir "Uran-6" robot sistemlərindən istifadə edib.
Aşkarlanmış partlayıcı obyektlər və partlamamış döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Evakuasiya edilə bilməyən sursat partlayış əməliyyatları üçün lazımi bütün təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png