Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə rayonun Cəfərli kəndində beton hasarın uçması nəticəsində uçqun altında qalan 1984-cü il təvəllüdlü Xələfov Maqsud İlham oğlunun meyitinin çıxarılması üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində M.Xələfovun meyiti beton plitənin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.