Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb
Bildirilib ki, həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
"Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib", - rəsmi məlumatda bildirilib.
Faktla bağlı araşdırma aparılır.