Bərdədə həmkəndlisini qətlə yetirən şəxs hakim qarşısında

Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini qətlə yetirməkdə təqsirli bilinən Asəf Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxış iclası dekabrın 9-na təyin olunub.

Qeyd edək ki, İyulun 27-i saat 02 radələrində Bərdə rayonu, Dəymədağıldı kənd sakini 1986-cı il təvəllüdlü Elçin Mehdiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1991-ci il təvəllüdlü Asəf Cabbarovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dəmir küt alət və bıçaqla Elçin Mehdiyevin bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Asəf Cabbarov tutularaq istintaqa cəlb edilib.
 

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png