Cəbrayılda daha 2 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 2 erməni hərbçisinin meyitinin qalıqları tapılıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarşı tərəfə təhvil verilib.
Qeyd edilib ki, cəsədlərin şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə ekspertizası təyin edilib.
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixindən bu günə qədər aparılan axtarış tədbirləri nəticəsində 1654 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılıb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png