Masallıda dülgər sexi yandı

Masallı rayonunun Köhnə Alvadı kəndində həyətyanı ərazidə dülgər sexi kimi fəaliyyət göstərən, ümumi sahəsi 350 kvadratmetr olan talvarın yanar konstruksiyaları 300 kvadratmetr sahədə, altına yığılan 2 ədəd kəsici dəzgah və taxta məmulatlar qismən yanıb.
Yüksək temperaturdan bitişik ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 150 kvadratmetr) olan ikimərtəbəli evin 5 ədəd plastik pəncərə çərçivəsi əriyib, dam örtüyü 20 kvadratmetr sahədə qarsalanıb və ümumi sahəsi 45 kvadratmetr olan tövlənin şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.
Sexin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png