Qarabağda 1283 erməni əsgərinin cəsədi tapıldı

Dağlıq Qarabağda gedən son döyüşlərin ərazisində erməni hərbi qulluqçularının cəsədlərinin axtarışı davam edir.
24 yanvar tarixində aparılan axtarış-xilasetmə işləri zamanı biri Füzuli, digəri Ağoğlan qəsəbəsinin Tumi kəndində olmaqla, 2 cəsəd tapılıb.
Onların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizası təyin edilib.
Xilasetmə qrupları 13 noyabr 2020-ci il tarixindən 2021-ci il yanvarın 24-dək, ümumilikdə, 1283 cəsəd aşkarlayıb.
Axtarışlar bu gün Füzuli, Cəbrayıl bölgələrində, Ağoğlan qəsəbəsində, eləcə də Suqovuşan istiqamətində aparılacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png