Biləsuvarda 24 yaşlı qadını avtomobil vurub

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
Biləsuvar rayonunun Amankənd kəndində qeydə alınıb. Belə ki, kənd sakini Rauf Əliyev idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə kənd ərazisində hərəkətdə olarkən, həmkəndlisi, 1996-cı il təvəllüdlü Ələkbərova Nuridə Sakit qızını vurub.
Yaralı qadın müxtəlif bədən xəsarətləri alıb və Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png