İxrac azalır, idxal artır - Millət vəkili çağırış etdi


Bu ilin ilk 10 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar olub. İxrac 23 milyard 193 milyon, idxal isə 14 milyard 174 milyon dollar olub. Bu müddətdə idxal 4,6 faiz artsa da, ixrac 7,7 faiz azalıb.

Bunu millət vəkili, iqtsadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, enerji məhsulların qiymətinin əvvəlki illə müqayisədə aşağı olması ixracın dəyərini azaldıb:
“Bununla belə, idxalda artım tendensiyası davam edib. Yəni əvvəlki ilin uyğun dövrü ilə müqayisədə xaricdən daha çox məhsul gətirmişik. İdxal ölkədən valyuta aparır, ixrac isə valyuta gətirir. Bu baxımdan, idxalın həcminin artması ölkədən valyutanın çıxması baxımından arzuolunan deyil”.
Millət vəkili bildirib ki, bu dövrdə ərzaq məhsullarının idxalında da artımlar qeydə alınıb:
“İdxal mal ətində 93,3 faiz, siqaretlərdə 48,9 faiz, unlu qənnadı məmulatda 12,7 faiz, şokolad və şokolad məhsullarında 12,6 faiz, təzə tərəvəzdə 4,9 faiz artıb.
Son statistika göstərir ki, idxalın əvəzlənməsi prosesinin sürətlənməsi olduqca vacibdir. Xüsusən, ərzaq məhsulları üzrə yerli istehsalın genişləndirilməsi hesabına idxaldan asıllığın aradan qaldırılmasına ehtiyac var”

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png