Neftin qiyməti 100 dollara qalxacaqmı? - Ələkbərov

Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov neftin qiymətinin yaxın vaxtlarda 100 dollar səviyyəsinə qalxacağını gözləmir.
Bu fikri o, “ADIPEC-2021” Beynəlxalq Neft-Qaz Sərgisində çıxışı zamanı bildirib. V.Ələkbərov qeyd edib ki, “Lukoyl” şirkəti gələn ilin büdcəsində neftin bir barrelinin qiymətini 60 dollar səviyyəsində hesablayıb və əlavə edib ki, COVİD-19 ilə bağlı qeyri-müəyyən vəziyyət və məhdudiyyətlərə görə qiymət dəyişə bilər.
“Biz neftin qiymətinin yüksək olmasında maraqlı deyilik. Bizim və “OPEK+” təşkilatının məqsədi ilk növbədə, tələbatı təmin etməkdir. Buna görə də neftin qiymətinin kəskin qaldırılması “OPEK+” ölkələrinin strateji məqsədlərinə daxil deyil”, - V.Ələkbərov qeyd edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png