TƏBRİZƏ – CAVİD İSMAYIL (ŞEİR)

Təbrizə

Bu gecə yuxumda səni görmüşəm.
Tarix yazan küçələrini, narahat görmüşəm.
Babəkin, Xətainin qayğılı ruhunu,
Sənin ətrafında dolanan görmüşəm.

Ayrılığın nə olduğunu yaşayan bilər,
Qəlbi Vətən deyib sızlayan bilər.
Bu gecə Şah Nadirin narahat ruhunu
Zülmət çökmüş küçələrində seyrdə görmüşəm.
Mən bu taydayam deyə, sanma xəbərsizəm
Ağlasan ağlaram, gülsən gülərəm.
Sən üşüdüyün an, inan, məndə üşüyürəm

Mən bu gecə səni məğrur görmüşəm.
Hər qaranlıq gecənin bir işıqlı gündüzü var
Tanrının bir bildiyi, min hikməti var.
Bu gecə mərd oğullarının Bəzz qalasında
Mən Türkəm! hayqıraraq zəfərini görmüşəm.
Cavid İsmayıl (Əjdəroğlu)


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png