UZAQLAR... "VƏ QIZIL ALMA"

UZAQLAR... "VƏ QIZIL ALMA"

Bütün ömrüm boyu,
uzaqlara can atdım,
uzaqlar çağırdı məni
Və bir gün gördüm ki,
uzaqlarda,çox uzaqlarda
məni gözləyir
uzaqların İblis adlı gəzəyəni,
və bir də,
göylərin əfəndisi--qara dəlik...
Əlimi üzdüm uzaqlardan
üzdüm birdəfəlik.
Sonra içimdən
yaşıl bir səs gəldi:
--Ey zır dəli adam,
Nə o boşluğu,
nə də o İblisi eyninə alma,alma!
Uzaqlardan da uzaqlarda
Bir sirr,bir işıq var--"Qızıl Alma"...
Sonra göy üzünün boşluğuna bağırdım,
sonra,sonra səni çağırdım:
-De,hardasan?!
Mən səndən Mərhəmət uma-uma,
yıxılıram ey Tanrım, içimdəki uçruma!
Ancaq, Tanrım, Mənnən nigaran qalma;
Nə yaxşı uzaqların var,
Və nə yaxşı,
Bu uzaqların sonunda "Qızıl Alma"!

Rüstəm Behrudi

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png