Vüsal Quliyev: "QHT ziyarətləri" layihəsi paytaxt və regionlardakı bütün təşkilatları əhatə edəcək

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu layihəsi paytaxt və regionlardakı bütün QHT-ləri əhatə edəcək."

Bu  fikirləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev öz facebook səhifəsində paylaşıb.

Paylaşımı təqdim edirik:

"Son 20 gün ərzində regionlara səfərlərimiz çərçivəsində paralel olaraq "QHT ziyarətləri" layihəsini də davam etdirdik. Getdiyimiz şəhər və rayonlarda əksər qeyri-hökumət təşkilatları ilə görüşlər keçirdik, ofislərinə baş çəkdik. Onların işçi heyəti və aparıcı üzvləri ilə görüşərək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirdik, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə etdik.

Bəzi görüşlərdə yerli icra hakimiyyəti başçıları da QHT-lərin qonağı oldu. 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu layihəsi paytaxt və regionlardakı bütün QHT-ləri əhatə edəcək."


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png