Dovğa resepti

Tərkibi:
2 lt. qatıq
1 yumurta
1 x.q. un
1/2 stakan yumru düyü
Göyərtiləri əlimin altında olanları qatıram, bütün göyərtiləri tapmaq çətindir.
Keşniş
Şüyüd
Cəfəri
Təzə nanə
İspanaq
Və hətda göy soğan edirəm, çünki dadı tam başka olur.

Hazırlanması:
1.Bütün göyərtiləri xırda-xırda kəsirik.
2.Düyünü yuyuruq və ayrıca bişməyə qoyuruq.
3.Yumurtanı unla yaxşı çalırıq. Qatıq əlavə edirik və az xodda taxta qaşıqla qarışdırırıq.
Qaynamağa yaxın bütün göyərtiləri və düyünü əlavə edirik. Və qarışdırmağa davam edirik.
4.Göyərtinin rəngi dəyişən kimi altını keçirdirik.
5.Duzu əlavə etmirəm, çünki çürüyə bilər. Masada hər kəs zövgə görə əlavə edə bilər. Məsələn biz tamam duzsuz yeyirik heç əlavə etmirik.

Nuş olsun!

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png