Qobustandakı “Diri Baba” türbəsi bərpa olunacaq

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qobustan rayonunda yerləşən “Diri Baba” türbəsinin bərpası və ərazidə abadlıq işləri üzrə layihə-smeta sənədləri hazırlayıb.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Sənəddə qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Qobustan rayonunda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi ilə bağlı müvafiq tədbir nəzərdə tutulub.

Qeyd edək ki, hesabat sənədi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png