DİQQƏT- Bu ölkələrə səfər etməyin: SƏBƏB İSƏ...

Suriya və Liviya 2024-cü ildə səyahət üçün ən təhlükəli beş ölkə arasındadır.

Nəticələr risklərin qiymətləndirilməsi üzrə Beynəlxalq SOS firmasının illik araşdırmasında dərc edilib.

Turistlərin getməsi tövsiyə edilməyən dövlətlər arasında Cənubi Sudan, Əfqanıstan və Somali də var. Eyni zamanda, antireytinqdə birinci yeri tutan Cənubi Sudan həddindən artıq təhlükəli ölkə kimi xarakterizə olunur.

Tədqiqat müəlliflərinin fikrincə, silahlı qrupların səyahətçilərə və beynəlxalq nümayəndələrə qarşı zorakı hücumları ilə bağlı ciddi risklər var.

Beynəlxalq SOS həmçinin 2024-cü ildə səyahət üçün dünyanın ən təhlükəsiz ölkələrinin siyahısını paylaşıb. Bura İslandiya, Lüksemburq, Norveç, İsveçrə və Danimarka daxildir.

İslandiya zorakılıq cinayətlərinin aşağı nisbətinə, siyasi zorakılığın olmamasına və əcnəbilərə qarşı çox az sayda dini və irqi cinayətlərə görə birinci yerdədir.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png