Qan təzyiqi olanlar bundan imtina edin

Gündə bir çay qaşığı duz qəbulunu azaltmaq bir həftə ərzində qan təzyiqini məşhur təzyiq dərmanlarını qəbul etməklə əldə edilən səviyyələrə endirir.

Bu barədə ABŞ-ın Vanderbilt Universitetinin Tibbi Mərkəzinin alimlərinin açıqladıqları hesabatda qeyd olunub.

Alimlərin apardığı təcrübələrin nəticələri ABŞ Kardiologiya Assosiasiyasının konfransına təqdim olunub.

Alimlər yüksək qan təzyiqi olan yüz iştirakçınının bəzilərini az duzlu pəhrizə (gündə 1,3 qram), digərlərini isə yüksək duzlu pəhrizə (gündə 5 qram) cəlb ediblər. Bir həftə sonra aşağı natriumlu pəhrizin qan təzyiqini orta hesabla 7 mmHg azaltdığı aşkar edilib.

Qeyd olunub ki, həddindən artıq miqdarda duz qan təzyiqinin artmasına, arterial hipertaniyanın inkişafına kömək edir və nəticədə ürək-damar xəstəlikləri, ürək çatışmazlığı, miokard infarktı və insult kimi bədbəxt hadisələr riskinin artmasına səbəb olur.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png