Qrip əleyhinə vaksinasiya prosesi niyə gecikir? - RƏSMİ AÇIQLAMA

Hazırda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki tibb müəssisələrində qrip əleyhinə peyvəndlənmə aparılmır.


"TƏBİB tabeli tibb müəssisələri vaksinasiya üçün hazır vəiyyətdədir. Vaksinlər müəssisələrə daxil olacağı halda peyvəndlənmə prosesinə başlanıla bilər", - deyə qurumdan əlavə edilib.


Qeyd edək ki, Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, ölkəyə yenidən qrip əleyhinə vaksinlər gətiriləcək.


"Payız-qış mövsümü ilə əlaqədar qrip əleyhinə peyvəndlərin ölkəyə gətirilməsi nəzərdə tutulub", - deyə nazirlikdən bildirilib.


Xatırladaq ki, ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qripə qarşı peyvənd olunub.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png