Zelenski açıqladı: Müharibə Rusiya ərazisinə keçir

Rus hərbçilər bu qışda da Ukraynanın enerji infrastrukturuna zərbələr endirməyə davam edə bilər.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Bu gün Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi "xüsusi hərbi əməliyyat"ın başlanmasından 522-ci gün ötür. Ukrayna güclənir. Tədricən müharibə Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına geri qayıdır. Bu, qaçılmaz təbii və tamamilə ədalətli prosesdir. Lakin biz şüurlu olmalıyıq, çünki keçən il olduğu kimi, bu qış da rusiyalı terrorçular bizim enerji sektorumuzu vura bilərlər. Kritik obyektlərə zərbə endirə bilərlər”, - Zelenski bildirib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png