Kişilərdə xəstəlik olduğunu göstərən amillər

Sağlamlıqlarına biganə olan, həkimə getməyi xoşlamayan kişilər bəzi xəstəlikləri gecikdirir, bu da onların ömrünü qısaldır.

Hər bir kişinin özündə fikir verməli olduğu xəbərdaredici ciddi əlamətləri təqdim edir:

Xayada dəyişikliklər - Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır.

Tez-tez sidiyə çıxma - Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir.

Nəcisdə qan görülməsi - Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxildir.

Səbəbsiz ağrı və yorğunluq - Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin.

Ağız yaraları - Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər.

Limfada şişkinlik - Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir.

Çətin udmaq - Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png