Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vida mərasiminin keçiriləcəyi yer dəyişdirilib.
Bu barədə tanınmış prodüser Oqtay Əliyev Feysbuk hesabında məlumat yayıb.
Onun sözlərinə görə, mərhumun vida mərasimi sabah 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımova oktyabrın 9-da 82 yaşında qızının yaşadığı Honkonqda vəfat edib
ONN TV
Çap Et